Kamran Ağayevin komandası superliqada

kamran-agayevin-komandasi-superliqada
Oxunma sayı: 1483


“Qafqazinfo”nun qol.az-a istinadən məlumatına görə, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" klubu gələcək mövsüm superliqada oynamaq hüququ əldə edib.

Bu, Türkiyə birinci liqasının 31-ci turunda "Adana Dəmirspor"un evdə "Samsunspor"la 0:0 bərabərə qalmasından sonra rəsmiləşib.

Sona üç tur qalmış ən yaxın izləyiciləri "Osmanlıspor" və "Adana Dəmirspor"u müvafiq olaraq 6 və 7 xal qabaqlayan Kayseri təmsilçisi birbaşa superliqaya vəsiqə verən ilk iki pillədən birini özü üçün təmin edib.

"Osmanlıspor" və "Adana Dəmirspor"un gələn həftə bir-biri ilə üz-üzə gəlməsi "Kayserispor"un vaxtından əvvəl superliqaya vəsiqə qazanmasına şərait yaradıb.

Qeyd edək ki, "Kayserispor" bir mövsüm fasilənin ardından yenidən superliqaya qayıdıb.