Kamran Ağayevin transferi rəsmən açıqlandı

kamran-agayevin-transferi-resmen-aciqlandi
Oxunma sayı: 688

Azərbaycan millisinin üzvü Kamran Ağayevin Çexiyanın “Mlada Boleslav” klubuna keçidi baş tutdu.

“Qafqazinfo” kluba istinadən xəbər verir ki, Kamranla 1 illik müqavilə imzalanıb.

Artıq 31 yaşlı qapıçının adı “Mlada Boleslav”ın Avropa Liqasının 3-cü təsnifat mərhələsində Albaniyanın “Skenderbeu” ilə oyunların iştirak ərizəsinə daxil edilib.

K.Ağayevin son klubu “Boavişta” olub.