Kamran da, Emin də ehtiyatda qaldı, “Boavişta” xal itirdi

kamran-da-emin-de-ehtiyatda-qaldi-boavista-xal-itirdi
Oxunma sayı: 1094

Futbol üzrə Portuqaliya çempionatında 21-ci turun oyunları keçirilib. “Qafqazinfo” xəbər verir ki, azərbaycanlı futbolçular - Kamran Ağayevlə Emin Mahmudovun komandası - "Boavişta" da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Braqa" ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1. Eminlə yanaşı, cəzası başa çatan Kamran da bu qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, "Boavişta" hazırda 25 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.