Kamran Əliyev Beynəlxalq Antikorrupsiya Akademiyasının rəhbəri ilə görüşdü - Foto

kamran-eliyev-beynelxalq-antikorrupsiya-akademiyasinin-rehberi-ile-gorusdu
Oxunma sayı: 1781

Avstriyaya işgüzar səfəri çərçivəsində baş prokuror Kamran Əliyev ölkəmizin prokurorluq orqanları ilə uzun illər ərzində səmərəli əməkdaşlıq edən Beynəlxalq Antikorrupsiya Akademiyasının yeni təyin edilmiş dekanı Slaqyana Taseva ilə görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiya qarşı mübarizə sahəsində aparılan kompleks tədbirlər barədə və bu sahədə əldə olunmuş müsbət nailiyyətlər barədə danışıb.

Slaqyana Taseva ölkəmizin Akademiya üçün vacib və etibarlı tərəfdaş olduğunu, təhsil ocağının işinə verdiyi davamlı töhfələrə görə təşəkkürünü bildirərək bundan sonra əməkdaşlığın yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Görüşdə Akademiyada təhsil alan azərbaycanlı müdavimlərin sayının artırılması, tədris modullarının ölkəmizdə təşkil edilməsi, Baş prokuror yanında Elmi-Məsləhət Şurası ilə tədqiqat sahəsində əməkdaşlığın qurulması və tərəfləri maraqlandıran digər məsələlər müzakirə edilib.