“Qafqazinfo”nun verdiyi xəbərə görə, aprelin 8-dən 9-dək Bəhreyn Krallığının Manama şəhərində Assosiasiyanın növbəti İllik Yaz İclasının sessiyasında Bəhreyn Krallığının Baş prokuroru cənab doktor Əli Əlbinyanın dəvəti ilə Baş prokurorunun müavini Kamran Əliyev iştirak edib.
K.Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının veb saytının Antikorrupsiya alt domeninin yaradılması və həmin işin həyata keçirilməsinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilməsi barədə əldə edilmiş razılaşmanı xatırladaraq, bu istiqamətdə görülən işlərlə əlaqədar təqdimatla çıxış edib.
Assosiasiyanın korrupsiyaya qarşı mübarizə və çirkli pulların yuyulmasına həsr edilmiş növbəti 20-ci illik konfrans və iclasının 13-17 sentyabr 2015-ci il tarixlərdə İsveçrənin Sürix şəhərində keçirilməsi qərara alınıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər