Kamran Əliyev Gürcüstanın Baş prokuroru ilə görüşdü - Fotolar

kamran-eliyev-gurcustanin-bas-prokuroru-ile-gorusdu
Oxunma sayı: 1498

Baş Prokuror Kamran Əliyevin dəvəti ilə Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

”Qafqazinfo” xəbər verir ki, bu gün Baş Prokurorluqda ikitərəfli görüş keçirilib.

Kamran Əliyev prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın gücləndirilməsi, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, həmçinin qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.

Gürcüstanın Baş prokuroru İrakli Şotadze rəhbərlik etdiyi qurumun Azərbaycan Prokurorluğu ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirməklə iki ölkə arasında mövcud iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə bundan sonra da dəstək verəcəklərinə əminliyini ifadə edib.

Qeyd edək ki, nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.