Kamran Əliyev itkin hərbçilərin valideynlərinin yanına getdi - Video

Kamran Əliyev itkin hərbçilərin valideynlərinin yanına getdi
Oxunma sayı: 7210

Bu gün Vətən müharibəsində itkin düşmüş bir neçə hərbçinin valideyni Prezident Aparatının qarşısına toplaşıb. 

“Qafqazinfo” xəbər verir ki, valideynlər övladlarından 7 aydır xəbər ala bilmədiklərini qeyd ediblər.  

Hazırda baş prokuror Kamran Əliyev də valideynlərin toplaşdığı yerə gəlib. O, valideynləri dinləmək üçün qəbula aparacağını vurğulayıb.

K. Əliyev bildirib ki, bütün dövlət qurumları Prezidentin tapşırığı ilə bu işlə məşğuldur: "Biz işləyirik, nəticələri də görünür.  Mən sizə hansı işlər görüldüyünü deyəcəyəm. Onlar hamısı bizim balalarımızdır. Bu, hamımızın ağrılı yerimizdir. Xahiş edirəm ki, gəlin, qəbula gedək".

Qeyd edək ki, K.Əliyev bundan öncə də bir dəfə Vətən müharibəsində itkin düşən şəxslərin ailə üzvləri ilə görüşüb.