Kamran Əliyev növbəti təyinatlarla bağlı əmr imzaladı

kamran-eliyev-novbeti-teyinatlarla-bagli-emr-imzaladi
Oxunma sayı: 6959

Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında yeni təyinatlarla bağlı əmrlər imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, K. Əliyevin əmri ilə Pirallahı rayon prokurorunun vəzifəsinin icrası Zaur Axundzadəyə həvalə olunub.

Digər əmrlərə görə, Mobil Şəfiyev və Mürvət Həsənov Bakı şəhər prokurorunun müavinləri, Şəbnəm İbrahimova və Famil Axundov isə Bakı şəhər prokurorunun köməkçiləri təyin olunublar.

Bundan savayı, Sabirabad rayon prokuroru Pərvin Quliyev tutduğu vəzifədən azad edilərək Bakı şəhər prokurorluğunda Daxili işlər orqanlarına nəzarət şöbəsinin rəisi təyin edilib.

Rövşən Əliyev Bakı şəhər prokurorluğunda Daxili Araşdırmalar İdarəsinin rəisi, Günay Eyyubova isə Baş Prokurorluğun Hüquqi Təminat İdarəsinin rəis müavini vəzifələrinə gətiriliblər.