Baş prokuror Kamran Əliyev Lənkəranda vətəndaşları qəbul edib.
Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, qəbulda Lənkəran, Lerik və Astara rayonlarından olan vətəndaşlar iştirak ediblər.
K.Əliyev bölgədə yaşayan 34 vətəndaşın müraciətində qaldırılan məsələlərin həll edilməsi üçün müvafiq göstərişlər verib.
Qəbuldan sonra Baş prokuror Lənkəran Hərbi, Lerik və Astara rayon prokurorluqlarında əməkdaşlarla görüş keçirib.

Son xəbərlər
Son Xəbərlər