“Kamran Həsənlinin Qismətə də borcu var” - 50 min manat

kamran-hesenlinin-qismete-de-borcu-var-
Oxunma sayı: 3146

Samir Piriyevin vəkili Ruslan Əhmədoğlu bu gün Kamran Həsənlinin mətbuat konfransında açıqladığı iddialara cavab verib.

R.Əhmədoğlu “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ilk olaraq K.Həsənlinin mətbuat konfransını məhz bu gün keçirməsini qınayıb: “Özünü ömür boyu patriot kimi qələmə verən Kamran Həsənlinin mətbuat konfransını məhz bu gün keçirməli idi? Bu gün Azərbaycanın çətin və şərəfli günləridir. Orada verilən suallara sənəd və sübutlarla cavab verə bilməyən Kamran Həsənli müğənnilikdən daha çox siyasi bloqer kimi tanınan Qismət Məmmədzadəni də məsələyə qatıb. Qismət də Kamranın 24 il əvvəl yaşadığı həyat tərzini indi yaşayır. Əgər Qismət məsələyə qarışıb münasibət bildirmək istəyirsə, buyursun gəlib istintaqa ifadə versin. Onun yol xərclərini çəkməyə hazırıq. Biz ən qısa müddətdə Qismətin Kamran barəsində dediyi səs yazısnı öncə istintaqa, sonra isə mətbuata təqdim edəcəyik. Həmin səs yazısında Qismət Kamranın onu tələyə saldığını və ona 50 min manat borcu olduğunu deyir”.

Qeyd edək ki, bugünkü mətbuat konfransında Qismət Məmmədzadə Almaniyada mühacir kimi yaşadığı üçün video şəklində açıqlaması yayılıb. O video-müraciətdə bildirib ki, bu işdə Kamran Həsənli günahkar deyil: “O da bizim kimi obyektə pul qoyub. Mənə Samir dəfələrlə müraciət edib ki, Kamrandan pulumuzu tələb edək, o da evini satıb bizə versin. Amma mənim Kamrandan heç bir tələbim yoxdur. Ümid edirəm ki, bu məsələ ədalətli şəkildə həll olunacaq”.

Qeyd edək ki, müğənni Samir Piriyev polisə müraciət edərək Kamran Həsənlinin ondan 80 min dollar pulu alıb qaytarmadığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb.

Murad Əhməd