Kamran Şahsuvarlı yarımfinala yüksələn 7-ci boksçumuzdur

kamran-sahsuvarli-yarimfinala-yukselen-7-ci-bokscumuzdur
Oxunma sayı: 768

IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarında 1/4 final mərhələsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu mərhələ Azərbaycan millisinin üzvü Kamran Şahsuvarlı üçün də uğurlu alınıb.
 
75 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçımız yarımfinala gedən yolda türkiyəli İhsan Ərdoğanla üz-üzə gəlib. Yusifzadə görüşü çətinlik çəkmədən qazanıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edib.
 
Təmsilçimiz sabah baş tutacaq yarımfinalda Yuness Qarrumi (Mərakeş) ilə döyüşəcək.
 
Bununla da, 1/2 finala vəsiqə qazanan Azərbaycan boksçularının sayı 7-yə çatıb. Şahsuvarlıya qədər Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Rauf Rəhimov (81 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) 1/4 final səddini uğurla aşıb.