Topaz Premyer Liqasının XXXIV turunda "İnter” öz meydanında "Xəzər Lənkəran”ı qəbul edib. Oyun paytaxt klubunun 2-1 hesablı qələbəsi ilə başa çatıb.
“Qafqazinfo” xәbәr verir ki, oyunsonrası mətbuat konfransında "Xəzər Lənkəran”ın məşqçisi Ağadadaş Həmidov fikirlərini bildirib:
"Bildiyiniz kimi ilk oyunum idi. Uşaqları oyuna çox yaxşı kökləmişdik. Heç olmasa 1 xal qazanmaq istəyirdik. İkinci hissədə hücumda olsaq da, son nöqtəni qoya bilmədik. İkinci hissədə taktiki dyişiklik etdik”.
- Komandada ştatlı penalti vurmaq kimin ixtiyarındadı?
- “Ştatnı” penalti vuranımız Vüqar Bəybalayevdi.
- Elbrus Məmmədovun gedişindən sonra Kamran Avdullazadə niyə komandaya qaytarıldı?
- Kamranın Elbrus müəllimlə heç bir problemi yoxdur. Tural Qürbətovu bugünkü oyunda oynada bilmədiyimiz üçün, Kamranı əsas komandaya cəlb etmişdim.
Son xəbərlər
Son Xəbərlər