Kanada Əfqanıstandan qəbul edəcəyi qaçqınların sayını açıqladı

kanada-efqanistandan-qebul-edeceyi-qacqinlarin-sayini-aciqladi
Oxunma sayı: 1150

Kanada Əfqanıstandan 40 min qaçqın qəbul edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Baş naziri Castin Tryudo Tvitter hesabında yazıb.

“Kanada 40 min qaçqına ev sahibliyi edəcək və başqalarını da qaçqınların təhlükəsiz yerləşdirilməsi üçün dəstəyi artırmağa çağırırıq”, - deyə kanadalı Baş nazir qeyd edib.

Bundan əvvəl Kanadanın immiqrasiya naziri Marko Mendiçino ölkəsinin həssas qruplardan olan 20 mindən çox əfqan qaçqını qəbul edə biləcəyini söyləmişdi.