Kanada Silahlı Qüvvələrinin hərbi texnika və təhcizatı Latviyaya çatıb.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Kanada Müdafiə Nazirliyi məlumat yayıb.
Kanada Silahlı qüvvələrinin hərbi texnika və təchizatı Riqa limanına daxil olub.
Qeyd edək ki, Alyansın 2016-cı ilin iyulunda Varşavada qəbul etdiyi qərara əsasən Baltikyanı ölkələrdə və Polşada 2017-ci ildə dörd çoxmillətli batalyon yerləşdiriləcək. Albaniya, İtaliya, İspaniya, Polşa və Sloveniyadan olan hərbi qüvvələrə Kanada hərbçiləri rəhbərlik edəcək.
Son xəbərlər
Son Xəbərlər