Kanada parlamentində 28 Mayla bağlı çıxış edildi - Video

kanada-parlamentinde-28-mayla-bagli-cixis-edildi
Oxunma sayı: 2226

Kanada parlamentinin üzvü Çandra Arya parlamentdə Azərbaycanın Müstəqillik Günü münasibəti ilə çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, Çandra Arya çıxışında bildirib ki, bir çox millətlərin nümayəndələri, o cümlədən dini azlıqlar müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycanda etiqadlarını həyata keçirmək və dövlət dəstəyindən də istifadə etmək üçün bərabər hüquqlara malikdirlər:

“Azərbaycan 1918-ci il mayın 28-də öz müstəqilliyini əldə edib. Mən cümə günü Parlament binasında Azərbaycanın Müstəqillik Gününün təntənəli şəkildə qeyd olunmasına ev sahibliyi edilməsindən zövq aldım. Şənbə günü isə Parlament meydanında Azərbaycan bayrağının qaldırılması ilə bağlı tədbirdə iştirak etdim. Azərbaycan bütün müsəlman dünyasında ilk demokratik respublika kimi tarixə düşüb. Azərbaycan eyni zamanda dünyada qadınlara səsvermə hüququ verən ilk dövlətlərdən biridir.

Azərbaycanın coğrafi mövqeyi onun enerji istehsalçısı və tranzit qovşağı kimi böyük strateji əhəmiyyətini daha da artırır. Azərbaycanlı kanadalıların da Kanadaya davamlı töhfə veridiklərini və verməyə də davam etdiklərini qeyd etmək istərdim”.