Kanada federal polisinə ilk dəfə olaraq qadın rəhbərlik edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə CBC məlumat yayıb.
Məlumata əsasən, Baş nazir Castin Trüdo bu posta Brendu Lakini təyin edib. O, 1986-cı ildən polisdə xidmət edir.
B. Laki Yuqaslaviyada sülhməramlı qoşunlarda xidmət edib. O, eyni zamanda BMT-nin Haitidə polis xidməti üçün keçirdiyi təlimlərdə də iştirak edib.
Son xəbərlər
Son Xəbərlər