Kanada radiosunda “Qarabağ şikəstəsi”

kanada-radiosunda-qarabag-sikestesi
Oxunma sayı: 776

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycana həsr edilmiş proqramda çıxış edən Şəfiyev Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, musiqisi, mətbəxi və s. haqqında radio dinləyicilərinə ətraflı məlumat verib. Səfir həmçinin Azərbaycanda etnik və dini tolerantlıq haqqında söhbət açıb, dinləyiciləri ölkəmizin həyatının müxtəlif sahələri ilə tanış edib. Proqram ərzində Azərbaycan musiqisindən parçalar səsləndirilib. Verilişin əvvəlində “Qarabağ şikəstəsi”, eləcə də Qara Qarayevin müəllifi olduğu “Vals” musiqi parçası dinləyicilərə təqdim olunub. Proqramın sonunda Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində qələbəsi haqqında söhbət açılıb və “Running scared” musiqi parçası ilə proqram yekunlaşıb.

Nərgiz Ehlamqızı