Kanada hökuməti Rusiyadan alüminium və polad məmulatlarının idxalını qadağan etmək istəyir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Kanada Baş nazirin müavini Kristia Friland məlumat verib.
O, qeyd edib ki, bu yolla Ottava Ukrayna ətrafında yaranmış vəziyyət fonunda Rusiya büdcəsinə gəlirlərin axınını məhdudlaşdırır.
Bildirilib ki, qadağa bütün alüminium məhsullarına, xam alüminium və təbəqə alüminiumuna, həmçinin hazır məhsullara, o cümlədən qab-qacaq və digər məişət əşyalarına şamil edilir. Dəmir, ərinməmiş polad, yarımfabrikatlar və hazır məhsulların, boruların idxalı da qadağandır.
Son xəbərlər
Son Xəbərlər