Kanada Rusiyanın bu müğənnilərinə sanksiya tətbiq etdi

kanada-rusiyanin-bu-mugennilerine-sanksiya-tetbiq-etdi
Oxunma sayı: 2169

Kanada Nikolay Baskov, Mixail Boyarski, Oleq Qazmanov və bir neçə rus ifaçılara qarşı sanksiyalar tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyinin məlumatına görə, onlar sanksiya siyahısına “Rusiya təbliğatı ilə” bağlı olduqlarına görə daxil ediliblər.

Müğənni Polina Qaqarina, Nadejda Babkina və İrina Alleqrovaya da sanksiya tətbiq edilib. Siyahılara “Rossiya Seqodnya” media qrupu, “RİA Novosti” agentliyi və “iş adamı Yevgeni Priqojinlə əlaqəli” bəzi təşkilatlar da daxil olunub.

Qeyd edək ki, ümumilikdə, genişləndirilmiş siyahıya 38 ad və 16 hüquqi şəxs daxildir.