Kanada Rusiyanın Ukraynaya hücumunu soyqırımı kimi tanıdı

Kanada Rusiyanın Ukraynaya hücumunu soyqırımı kimi tanıdı
Oxunma sayı: 1155

Kanada parlamenti Rusiyanın Ukraynaya hücumunu soyqırımı kimi tanıyıb.

“Qafqazinfo” Kanadanın “CTV News” telekanalına istinadən xəbər verir ki, qərar yekdilliklə qəbul edilib.

Səsvermə deputat Heather McPhersonun Nümayəndələr Palatasına “Rusiya Federasiyasının Ukrayna xalqına qarşı soyqırımı aktları törətdiyini” tanımaq üçün vəsatət təqdim etməsindən sonra başlayıb.

Çərşənbə günü Kanada parlamentinin üzvləri də Rusiya Prezidenti Vladimir Putinin və Dövlət Dumasının digər üzvlərinin rəhbərliyi altında Rusiya Silahlı Qüvvələrinin Ukraynada törətdiyi “bəşəriyyətə qarşı sistematik və kütləvi hərbi cinayətlərə dair kifayət qədər sübut” elan ediblər.

Kanada İcmalar Palatasının petisiyasına görə, Rusiyanın hərbi cinayətlərinə kütləvi vəhşiliklər, ukraynalı mülki şəxslərin qəsdən öldürülməsinin sistematik halları, cəsədlərin təhqir edilməsi, işgəncə, zorlama və s. daxildir.