Kanada Rusiyanın yardımından imtina etdi

kanada-rusiyanin-yardimindan-imtina-etdi
Oxunma sayı: 1075

Kanada hökuməti Alberta əyalətində meşə yanğınlarına qarşı mübarizədə Rusiyanın köməyindən imtina edib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya hakimiyyəti ilə yanaşı ABŞ, Meksika, Tayvan, İsrail və Fələstin Alberta əyalətindəki yanğınlarla mübarizə məqsədilə yardım təklif edib. Kanadanın baş naziri Castin Tryudo isə köməkdən imtina edərək ölkənin beynəlxalq dəstəyi çox qiymətləndirdiyini, lakin buna ehtiyac olmadığını deyib.

Qeyd edək ki, daha əvvəl Rusiya FHN Kanadaya meşə yanğınları ilə mübarizə üçün xüsusi texnika və mütəxəssislər göndərməyə hazır olduğunu bəyan etmişdi.

Aysel Kərimova