Kanadanın nəqliyyat nazirliyi “Titan” sualtı qayığında baş vermiş insidentlə bağlı araşdırmaya başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, sualtı qayıq iyunun 19-da Atlantik okeanında itib.
“Titan”ın göyərtəsində britaniyalı milyarder Hemiş Hardinq, batiskafın sahibi – “OceanGate” kompaniyasının rəhbəri Stokton Raş, pakistanlı biznesmen Şahzada Davud və onun oğlu Süleyman, fransalı okeanoqraf Pol-Anri Narjole olublar. Onlar artıq ölmüş hesab edilirlər.
Son xəbərlər
Son Xəbərlər