Kanada Türkiyəyə silah ixracına qoyduğu məhdudiyyətləri ləğv edib.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bununla bağlı Kanada hökumətinin rəsmi internet saytında məlumat verilib:
“Bu bildirişin edildiyi tarixdən etibarən mümkün rədd siyasəti artıq qüvvədə deyil”.
Qeyd edək ki, Kanada hökuməti 2020-ci ilin aprelin 16-da Türkiyəyə silah ixracatına məhdudiyyətlər tətbiq ediləcəyini bəyan etmişdi.
Son xəbərlər
Son Xəbərlər