Kanada Ukraynanın keçmiş Prezidenti Viktor Yanukoviçə qarşı sanksiyalar tətbiq edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.
Həmçinin, sanksiya siyahısına bloger Yuri Podolyak, Krım və Xerson vilayətinin Mədəniyyət nazirlikləri, Zaporojye və Xerson vilayətinin Təhsil və Elm nazirlikləri, Zaporojye vilayətinin İdman Nazirliyi, bir sıra muzeylər və KİV-lər daxildir.
Son xəbərlər
Son Xəbərlər