Kanada Ukraynaya milyonlarla dollar yardım ayırdı

kanada-ukraynaya-milyonlarla-dollar-yardim-ayirdi
Oxunma sayı: 939

Kanada Ukraynaya 250 milyon Kanada dolları (195 milyon dollar) məbləğində yeni kredit verəcək.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Kristia Friland məlumat verib.

“Beləliklə, maliyyə dəstəyinin ümumi məbləği artaraq 1,7 milyarda çatıb”, - deyə o bildirib. Friland əlavə edib ki, kredit BVF tərəfindən idarə olunan hesablar vasitəsilə həyata keçiriləcək.

Onun sözlərinə görə, məbləğ hərbi və humanitar yardımları, qaçqın və miqrantlara dəstəyi hesaba almır.