Danimarka və Kanada 1973-cü ildən bəri həll olunmamış qalan Hans adasının hansl tərəfə aid olması ilə bağlı ərazi mübahisəsini həll ediblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, ölkələr arasında bununla bağlı razılaşma imzalanıb.
“Kennedi boğazındakı Hans adası Kanadanın Nunavut ərazisi ilə Danimarkanın tərkibində muxtar ərazi olan Qrenlandiya arasında bölünəcək”, - bəyanatda deyilir.
Sənədi iki ölkənin XİN rəhbərləri və Qrenlandiyanın Baş naziri imzalayıb. Beləliklə, Danimarka ilə Kanadanın quru sərhəd xətti yaranıb.
Son xəbərlər
Son Xəbərlər