Kanada XİN rəhbəri çağırış etdi - “Atəşkəsi bərpa edin”

kanada-xin-rehberi-cagiris-etdi
Oxunma sayı: 1444

Kanadanın Xarici İşlər naziri Stefan Dion Dağlıq Qarabağda münaqişə tərəflərinə müraciət edərək onlar təmkinli olmağa çağırıb.

"Qafqazinfo"nun APA-ya istinadən məlumatına görə, bu barədə Kanada XİN rəsmi saytındakı məlumatda deyilir.

“Kanada Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır. Biz tərəfləri təmkinli olmağa, atəşkəsi bərpa etməyə və ATƏT-in Minsk qrupu çərçivəsində dialoqu fəal şəkildə davam etdirməyə çağırırıq”, məlumatda qeyd olunur.

S.Dion bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll oluna bilər.