Kanadada bu tarixdə yeni hökumətin tərkibi açıqlanacaq

kanadada-bu-tarixde-yeni-hokumetin-terkibi-aciqlanacaq
Oxunma sayı: 766

Kanadanın Baş naziri Castin Trüdo oktyabrın 25-də yeni hökumətin tərkibini açıqlayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CBC kanalı məlumat yayıb. Bildirilir ki, hökumətdə yeni simalar təmsil olunacaq, keçmiş nazirlərin bəziləri kabineti tərk edəcək. O cümlədən müdafiə naziri Harcit Sinqx Sacan vəzifəsindən gedəcək, onu qadın əvəz edəcək.

Qeyd edək ki, sentyabrın 20-də Kanadada növbədənkənar parlament seçkiləri keçirilib. Liberal Partiya Parlamentin aşağı palatasında 338 mandatdan 159-nu qazanmağı bacardı ki, bu da Trüdoya baş nazir postunu saxlamağa imkan verdi.