Kanadada canavar turistlərin çadırına cumdu

kanadada-canavar-turistlerin-cadirina-cumdu
Oxunma sayı: 1733

Kanadanın Banf milli parkında canavar yatmış turistlərin çadırına hücum edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, çadırda kişi, qadın və onların 2 oğlu olub. Canavarla əlbəyaxa çıxan ata qonşuluqdakı turistlərin köməyi ilə ailəsini xilas edə bilib. Ailə başçısı yüngül xəsarətlərlə xilas olub.

Canavar isə “Kanada parkları” agentliyinin əməkdaşları tərəfindən öldürülüb.