Kanadada son sutka ərzində koronavirusa yoluxanların sayı 1 825 nəfər artaraq 55 061-ə yüksəlib. “Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Yoluxma hallarının sayına görə Kvebek (28 648), Ontario (16 608) və Alberta (5 573) əyalətləri liderlik edir.
Qeyd edək ki, indiyədək 832,2 min insan koronavirus testindən keçib, daha əvvəl xəstələnən şəxslərdən 22,7 mini sağalıb, 3 391 pasiyent vəfat edib.
Son xəbərlər
Son Xəbərlər