Kanadanın Alberta əyalətində helikopterin düşməsi nəticəsində dörd nəfər həyatını itirib. “Qafqazinfo” bildirir ki, bu barədə “CTV” xəbər verib.
“Robinson R44” helikopteri Qrand-Preri şəhərindən 100 kilometr şimali-şərqdə yerləşən fermalardan birinin sahəsinə düşüb. Nəqliyyat vasitəsinin göyərtəsində olanların hamısı dünyasını dəyişib.
Hadisə yerinə polis əməkdaşları və xilasedicilər gəlib. Qəzanın baş vermə səbəbləri müəyyənləşdirilir.
Son xəbərlər
Son Xəbərlər