Kanadanın paytaxtı Ottavada ikimərtəbəli avtobus qəzaya uğrayıb.
“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, avtobusun dayanacağa çırpılması nəticəsində 3 nəfər ölüb, 23 nəfər isə xəsarət alıb.
Hadisə yerinə çoxlu sayda təcili yardım briqadası göndərilib. Xəstəxanaya yerləşdirilənlərdən 14 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Qəzanın səbəbi araşdırılır.
.jpg)

Son xəbərlər
Son Xəbərlər