Kanadanın Monreal şəhərində kəskin istilər 6 nəfərin həyatına son qoyub.
"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, şəhər rəhbərliyi təxirəsalınmaz tədbirlər görməyə başlayıb. 35 dərəcəyədək yüksələn temperatur təcili yardım məntəqələrinə edilən zənglərin də sayını artırıb. Artıq yanğınsöndürmə bölmələri 5 mindən çox ailəni daha sərin yerlərə köçürüb. Temperaturun daha 5 dərəcə qalxacağı proqnozlaşdırılır.
Qeyd edək ki, 2010-cu ildə Monrealda kəskin istilər nəticəsində 106 nəfər dünyasını dəyişmişdi.
Son xəbərlər
Son Xəbərlər