Kanadada istidən ölənlərin sayı 160-a çatdı, fövqəladə vəziyyət elan olundu

kanadada-istiden-olenlerin-sayi-160-a-catdi-fovqelade-veziyyet-elan-olundu
Oxunma sayı: 2111

Kanadanın qərbində müşahidə olunan istilər səbəbindən 130-dan çox insan həyatını itirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, rəsmilər bölgədə isti hava dalğasının davam edəcəyini, bu səbəbdən ölənlərin sayının artacağını gözlədiklərini bildiriblər.

Qeyd edilib ki, bölgədə yay aylarında temperatur 30 dərəcə civarında olur. Bu səbəbdən bir çox evdə kondisioner olmaması istidən ölümlərə gətirib çıxarır.

Britaniya Kolumbiyası ştatında yerləşən Layton yaşayış məntəqəsində isti 49,6 dərəcəyə çatıb.

Kanada Meteorologiya Xidməti ölkədə indiyədək temperaturun 45 dərəcəni keçmədiyini bildirib. Rəsmilər ölkənin qərbindəki Britaniya Kolumbiyası və Alberta ştatlarında, eləcə də, Saskatçevan və Manitobanın bir qismində fövqəladə vəziyyət elan ediblər.