Kanadada koronavirusa yoluxanların sayı 40 mini ötüb, 2 minə yaxın insan dünyasını dəyişib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, ölkədə 40 190 yoluxma, 1 871 ölüm halı qeydə alınıb. Yoluxmaların sayına görə Kvebek (20 965 nəfər) və Ontario (12 245 nəfər) əyalətləri liderlik edir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib. İndiyədək dünyada 2,47 milyondan çox insan koronavirusa yoluxub, 169 mindən çox pasiyent vəfat edib.
Son xəbərlər
Son Xəbərlər