Kanadada meşə yanğınları 2 milyon ha ərazini məhv edib

kanadada-mese-yanginlari-2-milyon-ha-erazini-mehv-edib
Oxunma sayı: 1081

Kanadanın qərbində genişmiqyaslı meşə yanğınları davam edir.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, yanğın səbəbindən Albertada iki milyon hektardan çox ərazi külə dönüb. 

Məlumata görə, Avstraliya və Yeni Zelandiyadan Kanadaya yanğınsöndürənlər göndəriləcək. Ölkədə isə hazırda minlərlə insan yanğının söndürülməsinə çalışır. 

Bildirilir ki, meşə yanğınlarına səbəb quraqlıq olub.