Kanadada neft yüklü qatar relsdən çıxıb alışdı

kanadada-neft-yuklu-qatar-relsden-cixib-alisdi
Oxunma sayı: 747

Kanadanın Saskaçevan əyalətində neftlə yüklü qatar relsdən çıxaraq alışıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, yanğın səbəbindən Qernesi yaşayış məntəqəsinin 100-dək sakini təxliyyə olunub. Relsdən 30-dək vaqonun çıxdığı bildirilir.

Ölən və yaralananlar haqda hələlik məlumat yoxdur. Qəzanın səbəbləri Kanadanın Nəqliyyatda Təhlükəszilik Şurasının mütəxəssisləri tərəfindən araşdırılacaq.