Kanadada silahlı insident baş verib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.
Məlumata əsasən, insident Kalqari şəhərində qeydə alınıb. Naməlum şəxs polis əməkdaşına atəş açdıqdan sonra barikada quraraq qarajda gizlənib. Təhlükəsizlik qüvvələrinin əməkdaşları ərazini mühasirəyə alıb.
Hadisə nəticəsində bir polis yaralanıb. Yaralı polis xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu deyilir.
Hazırda əməliyyat davam edir.
Son xəbərlər
Son Xəbərlər