Kanadada təyyarə düşdü, ölənlər var

kanadada-teyyare-dusdu-olenler-var
Oxunma sayı: 1243

Kanadanın qərbində “Cessna 182” yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, pilot və iki nəfər sərnişin ölüb. Daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Aviaqəza Britaniya Kolumbiyası əyalətində baş verib. Hadisənin səbəbləri araşdırılır.