Kanadada təyyarə gölə düşdü - 4 ölü

kanadada-teyyare-gole-dusdu
Oxunma sayı: 784

Kanadanın Nyufaundlend və Labrador əyalətində təyyarə qəzası baş verib.

“Qafqazinfo” “CBC” telekanalına istinadən xəbər verir ki, “Haviland Canada DHC-2” hidrotəyyarəsi Mistatin gölünə düşüb. Hadisə nəticəsində hava gəmisinin göyərtəsində olan 7 nəfərdən 4-ü həyatını itirib.

Üç nəfərin axtarışları davam edir. Axtarış əməliyyatlarına hərbi və mülki təyyarələr cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.