Kanadada təyyarə tankerlə toqquşdu, yaralılar var

kanadada-teyyare-tankerle-toqqusdu-yaralilar-var
Oxunma sayı: 895

Toronto Beynəlxalq Hava Limanında "Bombardier DHC-8-300” sərnişin təyyarəsi yanacaqdaşıyan tankerlə toqquşub.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, layner eniş zamanı terminala gedən benzindaşıyana çırpılıb. Nəticədə 2 sərnişin, 3heyət üzvü yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Təyyarənin göyərtəsində 51 nəfər olub. Layner Toronto-Sadberi reysini həyata keçirirmiş.

Layner əlverişsiz hava şəraiti səbəbindən havaya qalxdıqdan bir neçə dəqiqə sonra hava limanına qayıtmaq məcburiyyəində qalıb.