Kanadanın Kilouna şəhərinin mərkəzi hissəsində tikinti kranının aşması nəticəsində azı dörd nəfər həlak olub.
Bu barədə “Qafqazinfo” CBC telekanalına istinadən xəbər verir.
İnsident bazar ertəsi tikinti meydançalarının birində qaldırıcı kranın demontajına hazırlıq zamanı baş verib.
Kranın bir neçə hissəsinin yaxınlıqdakı binanın üzərinə düşməsi nəticəsində daha bir nəfərin öldüyü ehtimal edilir, lakin dağıntıların çox olması səbəbilə meyitin axtarışları aparılır. Daha iki nəfər xəstəxanaya çatdırılıb, onlar artıq evə buraxılıb.
Hadisə yerində xilasetmə xidmətləri işləyir. İnsidentin səbəbləri araşdırılır.
Son xəbərlər
Son Xəbərlər