Kanadanın Berlinqton şəhərində xəstəxanalardan birində atışma baş verib.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə “CTV” telekanalı məlumat yayıb.
İnsident nəticəsində 2 nəfərin xəsarət aldığı bildirilib. Onların səhhəti barəsində məlumat verilmir.
Təhlükəsizlik qüvvələri zərərçəkənlərin şəxsiyyəti və hadisənin təfərrüatı barədə açıqlama verməyib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər