Kanadada yenə uşaq məzarları tapıldı

kanadada-yene-usaq-mezarlari-tapildi
Oxunma sayı: 1823

Kanadanın Britaniya Kolumbiyası ştatındakı keçmiş bir kilsə məktəbinin yaxınlığında qeydiyyatda olmayan 182 uşaq məzarı aşkarlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məzarlar ştatın cənubundakı Krənbruk şəhəri yaxınlığındadır.

Bildirilib ki, təxminən bir metr dərinlikdəki məzarlar radarlarla kəşf edilib.

Qeyd edilib ki, sözügedən məktəb bölgədə 1912-1970-ci illərdə fəaliyyət göstərib. Burada yüzlərlə yerli uşağa məcburi təhsil verilib.

Xatırladaq ki, bundan əvvəl Kanadada 215 uşağın qalıqları olan kütləvi məzarlıq və 751 uşağın məzarı aşkarlanmışdı.