Kanadanın Baş Naziri Castin Tryudonun həyat yoldaşı Sofi Qrequar koronavirus şübhəsi ilə karantinə alınıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Baş Nazirin xanımı Böyük Britaniyadan qayıtdıqdan sonra onda Covid-19-un simptomları müşahidə olunub. Hazırda Sofi Qrequarın analiz nəticələri gözlənilir.
Qeyd edək ki, Castin Tryudo cavablar çıxanadək işlərini evdən idarə edəcəyini bildirib.
Son xəbərlər
Son Xəbərlər