Kanadanın keçmiş Baş naziri Brayan Malruni vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin hazırkı Baş naziri Castin Trüdo məlumat verib.
O bildirib ki, 85 yaşlı Malruni Kanada dəyərlərinin təcəssümü idi.
Hələ ki siyasətçinin ölüm səbəbi barədə məlumat yoxdur.
Qeyd edək ki, B. Malruni 1984-cü ilin sentyabrından 1993-cü ilin iyununa qədər Kanada hökumətinə rəhbərlik edib.
Son xəbərlər
Son Xəbərlər