Kanalda batan 16 yaşlı Nizaminin meyiti tapıldı

kanalda-batan-16-yasli-nizaminin-meyiti-tapildi
Oxunma sayı: 1804

İyulun 23-ü Samur-Abşeron su kanalının Qusar rayonu, Kuzunqışlaq kəndi ərazisindən keçən hissəsində batmış 2008-ci il təvəllüdlü Rəhimxanov Nizami Rəhimxan oğlunun meyiti tapılıb.

Bu barədə “Qafqazinfo”ya FHN Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, onun meyiti batdığı yerdən 70 km məsafədə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.