Kanalda batan İmişli sakininin axtarışı davam edir - Yenilənib

kanalda-batan-imisli-sakininin-axtarisi-davam-edir
Oxunma sayı: 800

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, İmişli rayonu, Çaxırlı kəndində 1 nəfərin kanalda çimərkən batması barədə məlumat daxil olub.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlayıblar.

***

İmişli rayonu, Çaxırlı kəndində kanalda çimərkən batmış 1992-ci il təvəllüdlü Nağıyev Elvin Oktay oğlunun axtarışı Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən davam etdirilir.
 
“Qafqazinfo”nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, axtarışla bağlı əlavə məlumat veriləcək.