Kanalda batan oğlanın meyiti tapıldı

kanalda-batan-oglanin-meyiti-tapildi
Oxunma sayı: 3046

Aprelin 27-də Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2004-cü il təvəllüdlü Orucov Elməddin Yusir oğlunun axtarışları başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, E.Orucovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılıb.

Meyit batdığı yerdən təqribən 10 km aralıda aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.