“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, V. Paşayevin meyiti nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 2 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, 21 yaşlı gənc nişanlı idi və oktyabrda toyu olacaqdı.
V.Paşayevin ailəsi mətbuata açıqlama verərək Samur-Abşeron su kanalında bataraq itkin düşən oğullarının cəsədinin neçə gündür ki, tapılmamasından şikayət ediblər. Vüqarın atası Paşayev Rövşən isə aidiyyatı qurumları bu məsələdə məsuliyyətli bilərək içməli su kanalının nədən çəpərlənmədiyini, kanalın kənarında heç bir işarə, məlumat, qadağanın olmadığını bildirmiş və oğlunun səhlənkarlığın qurbanı olduğunu qeyd etmişdi.
Son xəbərlər
Son Xəbərlər